Pərviz Mahmudovun mahnılarını Türk müğənniləri də ifa edəcək

img

16-01-2012 [10:02]


?2011-ci il mənim üçün ən məhsuldar il oldu. Keçən il musiqisevərlərə 6 mahnı təqdim etdim. Çox sevindrici haldır ki, bu mahnıların hamısı tez bir zamanda populyar oldu və geniş auditoriya tərəfindən diqqətə layiq görüldü?. Bunu MIA-ya açıqlamasında 2011-ci ilin ən çox sevilən mahnılarının bəstəkarı Pərviz Mahmudov bildirdi. Ötən ilin yaradıcılığında yaddaqalan olacağını vurğulayan gənc musiqiçi uğurlarını bu il davam etdirəcəyini dedi: ?2007-ci ildən musiqi müəllifi kimi fəaliyyət göstərirəm. Hər il 2-3 mahnı yazırdım, lakin keçən ildən bəstəkar kimi daha ciddi məşğul olmağa başladım. Artıq yeni ildən daha bir bəstəmi gənc müğənni Yaşar Cəlilova təqdim etdim. Iki həftəyə yaxındır ki, onun ifasında səslənən ?Dön gəl? mahnısı radio dalğalarında səslənir və kifayət qədər sevildiyinin şahidi oluruq. Bununla bərabər daha 4 mahnım aranjemandadır. Bu kompazisiyalar isə çox seçilən sənətkarlarımız tərəfindən ifa ediləcək. Bu isə o deməkdir ki, 2012-ci il mənim üçün daha məhsuldar, əlamətdar olacaq və dinləyicilər elə bir çox sevilən mahnıların da məhz bu il ərsəyə gələcəyini gözləsinlər!? Pərviz Mahmudov uğurlarının sirlərini də bölüşdü. O, həmçinin özünə müəllim hesab etdiyi Azərbaycan bəstəkarklarının adlarını da açıqladı: ?Uğurlarımın açarı yalnız istedadım olub. Bu işlərimdə heç kəsin köməyini arxalanmamışam. Düzünü deyim ki, heç mənim köməyə ehtiyacım da olmayıb. Bu sənətdə ən böyük arzum yoxdur. Mən sadəcə öz işimi görməkdən zövq alıram. Mənim üçün bəstəkarlıq sənətinin pik nöqtəsi yoxdur. Bəstəkarlıq sənətində bir çox imzaları bəyənirəm. Onların arasında Faiq Sücəddinov, Eldar Mansurov, Cavanşir Quliyev, Vaqif Gərəyzadə kimi tanınmış adlar var. Biz onların mahnıları ilə böyümüşük.? Gənc musiqiçi yaradıcılığını inkişaf etdirmək üçün təkcə ölkə miqyasında tanınmaqla kifayətlənmək istəmədiyini də etiraf etdi. Pərviz Mahmudovun mahnılarını Türk müğənniləri də ifa edəcək: ?Bu il Türkidə də bir neçə bəstəm oxunacaq. Bu kompazisiyalardan biri artıq hazırdır. Ayla İşıl adlı ifaçı sənətə yeni gəlib və onun ilk albomunda mənim də mahnım yer alacaq. Amma onu deyim ki, daha papulyar Türk müğənniləri də mənim mahnılarımı ifa edəcək. Çox istrədim ki, sevdiyim ifaçı, söz yazarı və bəstəkar, sözün həqiqi mənasında Türk musiqisinin sultanı Sezen Aksunun ifasında mahnımı eşidim. Bu sənətkarın mənim yaradıclığımda çox böyük rolu olub, onun ifa etdiyi əsərlər mənə bu işlə məşğul olmağa stimul verib.?

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA