Gənclər və idman naziri ?KiV nümayəndələrinə sertifikatlar təqdim edib

img

13-12-2011 [04:44]


Gənclər və idman naziri Azad Rəhimov Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü, Gənclər və İdman Nazirliyinin, Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə İsmayıllı rayonunda keçirilən ?Jurnalistlər üçün qış məktəbi?ndə təmsil olunan KİV nümayəndələrinə sertifikatlar təqdim edib. Tədbirdə çıxış edən gənclər və idman naziri yerli KİV nümayəndələrinə göstərdikləri marağa görə minnətdarlığını bildirib. ARGTMŞ sədri, millət vəkili Fuad Muradov layihəyə 2009-cu ildə start verildiyini xatırladıb və bu il jurnalistlərin daha aktiv olduğunu vurğulayıb. . Qeyd edək ki, ?Jurnalistlərin qış məktəbi? layihəsində 22 KİV nümayəndəsi iştirak edib. Tədbir dekabrın 7-dən 10-na kimi İsmayıllı rayonunda baş tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA