?çAğ? Öyrətim izlətmələri loqotip müsabiqəsi keçirir

img

10-12-2011 [05:40]


İyirmi yaşını qeyd edən şirkət, bu münasibətlə loqotipini yeniləməyə qərar verib. Şirkətdən ?Qafqazinfo?ya verilən məlumata görə, müsabiqənin mövzusu, Azərbacan-Türkiyə arasında dostluq körpüsü rolunu oynayan ÇAĞ Öyrətim şirkətinin təhsil sahəsindəki nailiyyətlərini, şirkətin qlobal perspektivini ön plana çıxarmaqdır. Bu yarışda hər kəs iştirak edə bilər. Hər namizəd maksimum 3 fərqli layihə təqdim edə bilər. Loqotip 18cm x 15cm ölçüsündə olmalıdır. Hazırlanan loqotip istənilən ölçüyə uyğun böyüdüldükdə və ya kiçildikdə həqiqi ölçüsünü itirməməlidir. Hazırlanan loqotipin rəngli çapı və bir CD içərisinə vektor formatında (Adobe Illustrator, CorelDraw) yazılaraq göndərilməsi lazımdır. Yarışda iştirak etmək istəyəynlər layihələrini www.cag.edu.az saytından, JPEG formatında və İştirak Formunu dolduraraq [email protected] e-mail ünvanına göndərə bilərlər. Ayrıca yarış iştirakçıları, loqotipdə istifadə etdikləri ünsürlərin mənasını yarım səhifə ilə açıqlamalıdırlar. Layihələr 12 nəfərlik münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Son qeydiyyat tarixi 15 Yanvar 2012-ci ildir. Qaliblər 24 Yanvar 2012-ci il tarixində elan ediləcəklər. Birinci yerin qalibi 1000 AZN, ikinci yerin qalibi 750 AZN, üçüncü yerin qalibi 500 AZN pul mükafatı qazanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR