KXCP metroda gediz haqqının artmasına etiraz etdi

img

28-11-2011 [10:41]


Klassik Xalq Cəbhəsi Partiyası Tarif Şurasının qiymət artımına etiraz olaraq bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan bəyanatda bildirilir ki, Tarif şurasının qərarı Azərbaycan əhalisinin yaşayış səviyyəsi ilə uyğun gəlmir. KXCP Tarif Şurasının son iclasında qiymətlərin artırılmasını xalqımızın sosial yaşam səviyyəsinə adekvat olmadığını və bu rejimin növbəti dəfə xalqın sosial problemlər içində yaşamasına biganəliyinin bariz nümunəsi olduğunu bəyan edib: ?Hökumət dövlət qurumlarının qiymətlərin artırılması ilə bağlı müraciətlərinin müsbət cavablandırılmasından əvvəl əhalimizin xüsusilə də aztəminatlı ailələrin, tələbələrin və təqaüdçülərin yaşayış səviyyələri nəzərə almalıdır. Təəssüflər olsun ki, hökumət büdcə artımlarını növbəti dəfə onsuz da sosial problemlər içində boğulan xalqımızın minimum gəlirləri hesabına həyata keçirdi?. KXCP hökuməti belə yersiz qiymət artırmalarından çəkinməyə çağırıb və aztəminatlı ailələrin sosial yardımlarını, pensiyaçılarımızın pensiyalarını da günün reallıqlarına, bazar qiymətlərinə uyğun artırmağa çağırıb, tələbə və təqaüdçülərin dövlətin nəzarətində olan nəqliyyat vasitələrindən pulsuz istifadə etmələrini tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA