ilqar Altay Rafiq Tağının qətlinə fətva verən ayətullahın ofisində olub

img

29-11-2011 [11:40]


Xəbər verdiyimiz kimi, müstəqil tədqiqatçi, hüquqşünas Ilqar Altay bir müddət öncə bıçaqlanan, daha sonra dünyasını dəyişən Rafiq Tağı məsələsi ilə əlaqədar Irana səfər edib. Bu gün axşam İlqar bəylə əlaqə saxlayıb ondan məlumat almışıq: "Artıq 2 gündür ki, müstəqil tədqiqatla bağlı Tehrandayam. Bu gün səhər Rafiq Tağı ilə bağlı Ayətullah Cavad Lənkəraninin Tehran ofisində oldum. Nümayəndəsi bildirdi ki, Qum şəhərindədir. Sabah onunla görüşmək üçün Quma səfər edəcəm. Günorta Təbrizdən olan güney Azərbaycan hərəkatı fəalları ile görüşdüm. Razılaşdıq ki, həftəsonu Təbrizdə görüşək. Axşam saatlarında dindarların, Iran hökumət tərəfdarlarının Ingiltərə səfirliyi qarşısındakı nümayişini müşahidə etdim. Nümayişçilər səfirliyin divar və darvazasına dırmaşıb əllərində bayraqlar Ingiltərə qarşı şüarlar qışqırırdılar. Nümayişçilərdən qat-qat çoxlu polis, təhlükəsizlik qüvvələri vardı. Durub sakit baxırdılar və hərdən də guya qovucu, qoruyucu poza göstərirdilər. Tam hazırlanmiş səhnə idi. Məni də müşahidə edərkən avropalı yəqin edib, saxlayib pasportuma baxıb, Azerbaycandan olduğumu bilib azad buraxdılar və təcili oradan uzaqlaşmağımı təkid etdilər".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA