"iranda hakim olan terorist ayətullahlar rejimindən iran vətəndazları özləri də əziyyət çəkməkdədirlər"

img

28-11-2011 [12:20]


Azərbaycan İslam Demokrat Partiyası yazıçı Rafiq Tağının İran molla rejimi tərəfindən teroru ilə bağlı bayanat verib. MİA-ya daxil olan bəyanatda deyilir. Əziz vətəndaşlar! Bildiyiniz kimi, Azərbaycanın Respublikasının vətəndaşı yazıçı Rafuq Tağı İran İslam Respublikasının daxili və xarici siyasətində izlədiyi teror əməllərinin qurbanı olmuşdur. İran İslam Respublikasının üzdən iraq İslam qoruyucuları bu cinayətlərini müqəddəs dinimiz İslam adına həyatı keçirmişlər. Bu da insanlığa rəhmət dini olaraq göndərildiyi Qurani-Kərimdə söylənən Allah taalanın insanlara buyurduqları hökmlərlə tamamən ziddiyət təşkil edir. Çünkü Allahın səbri sonsuzdur və tövbə qapısı hər zaman açıqdır. Rafiq Tağının da Allah taala tərəfindən hidayət olunma imkanları ola bilərdi. Lakin İran İslam Respublikasının terorist ayətullahları ölüm fitvaları çıxarmaqla həm Allahın mərhəmət dininə zərər verirlər, həm də insanların inkişaf edib tövbə yolu iləAllaha yaxınlaşmalarının qarşısını alırlar. Bu, ən birinci müqəddəs dinimiz İslamiyətin zərərinədir. Çünkü teroru dəstəkləyən ayətullahlar İslamiyəti dünyada adam öldürməkdən məmnun olan bir din kimi göstərməkdədirlər. İran İslam Respublikasının müqəddəs dinimiz İslamı bir teror dini kimi göstərməsinə qaraşı bütün Azərbaycan və dünya müsəlmanları birləşməlidir. Biz bilirik ki, İranda hakim olan terorist ayətullahlar rejimindən İran vətəndaşları özləri də əziyyət çəkməkdədirlər. Lakin Azərbaycan vətəndaşına terorist ayətullahların ölüm hökmü çıxarması və Azərbaycanda cahil insanları vətəndaş öldürməyə sövq etmələri açıqca dövlətçiliyimizə və iç işlərimizə çirkin niyətlərlə qarışmaq mənasındadır. Azərbaycan Respublikası müstəqil bir dövlətdir. Heç bir ölkənin iç işlərinə pis niyyətlə qarışmadığı kimi, onun da iç işlərinə hansısa bir ölkənin qarışmasını istəməz. Hörmətli həmvətənlər! Terorist Ayətullah Fazil Lənkərani Azərbaycan Respublikasının vətəndaşı Rafiq Tağı haqqında ölüm hökmü çıxardıqdan bir müddət sonra yazıçının bu hökm əsasında öldürüldüyünə şahid olduq. Bu terordan sonra terorist ayətullah Lənkərani bir bəyaniyə yayaraq Rafiq Tağının qətlini İslam dünyasına təbrik demiş və yazıçının cəhənnəmə getdiyini söyləmişdir. Sanki cənnətin və cəhənnəmin də sahibləri bu terorist ayətullahlarmış. Böyük Allahın mərhəmətini nifrət və cinayətkarlıq kimi göstərən terorist ayətullahların müqəddəs dinimizə verdiyi zərərlərin qarşını almaq hər bir müsəlmanın dini borcudur. Yeni müstəqil olmuş Azərbaycan Respublikasında bir çox əksiklər ola bilər və vardır. Ancaq bu, başqa ölkələrin bizim iç işlərimizə qarışaraq vətəndaşlarımızı bir-birinə düşmən etməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası öz iqtidarı, müxalifəti və vətəndaşları ilə bir yerdə öz problemlərini həll etməlidirlər. Əlbəttə ki, bu istiqamətdə xüsusən Azərbaycan iqtidarına böyük məsuliyyət yüklənmişdir. Azərbaycan dövləti xarici teroristlərin ölkəmizin iç işlərinə qarışmalarının qarşısını almalıdır. Bu səbəbdən də dərhal cinayətkarların tapılıb qanuna qarşısına çıxarılmalarını tələb edirik. Ancaq cinayətin sifariş edildiyi yer bəlli olduğu üçün Azərbaycan dövləti beynəlxalq qurumlara baş vurmalı və ayətullahların törətdiyi bu teroru dünyaya çatdırmalı, beynəlxalq məhkəmlərə baş vurmalıdır. Biz Azərbaycan İslam Demokrat Partiyası olaraq vətəndaşımız Rafiq Tağının ölümündən duyduğumuz dərin qəmimizi dilə gətirir və mərhumun ailəsinə və Azərbaycan millətinə baş sağlığı diləyirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA