Fuad Muradov: "Biz istəyirik ki, jurnalistlərimizə hər zaman dəstək verək"

img

08-12-2011 [12:32]


Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondu ilə birgə ?Jurnalistlər üçün qış məktəbi? layihəsi çərçivəsində İsmayıllı rayonunda növbəti 3 günlük tədbiri öz işinə başlayıb. 23 media nümayəndəsinin qatıldığı tədbirin açılış mərasimində ARGTMŞ sədri, milət vəkili Fuad Muradov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, həmin kafedranın müəllimi Zaur Babayev, APA-nın baş direktoru Vüsalə Mahirqızı və digər şəxslər iştirak ediblər. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı N.Ələkbərov açılış mərasimində İsmayıllı rayonu barədə məlumat verib və bu tədbirin məhz bu rayonda baş tutmasını müsbət qiymətləndirib. Millət vəkili F.Muradov öz növbəsində belə bir layihənin məhz bu rayonda keçirilməsinə dəstək verməsinə görə İsmayıllı rayon rəhbərliyinə minnətdarlığını bildirib. Deputat bildirib ki, ilk dəfə bu layihəyə 2009-cu ildə start verilib və bu yöndə ilk tədbir 5 gün ərzində Quba rayonunda reallaşdırılıb. F.Muradov onu da bildirib ki, bu gün jurnalistlərin üzərinə çox böyük vəzifə düşür. ?Çünki ölkəmiz müharibə vəziyyətində olduğu üçün Azərbaycan həqiqətlərinin yayılması, informasiya savaşının uğurlu şəkildə aparılması ilk növbədə onlardan asılıdır. Hesab edirəm ki, bu günkü tədbir də jurnalistlərimizə verilən bir dəstəkdir. Biz istəyirik ki, jurnalistlərimizə hər zaman dəstək verək. Bu məsələ həm də dövlət başçısının nəzarətindədir. Məhz onun göstərişi və müvafiq sərəncamı ilə jurnalistlər üçün mənzil tikintisi, onların mənzillə təmin olunması nəzərdə tutulur. Bu onu göstərir ki, jurnalistlərlə bağlı müəyyən problemlər qalsa da, onların öz fəaliyyətlərini daha yaxşı şəkildə qurmaları uçün hər cür şərait yaradılmaqdadır?-deyə, millət vəkili bildirib. BDU-nun professoru Cahangir Məmmədli isə qeyd edib ki, GTMŞ-ni hər zaman özünə çox doğma bir qurum hesab edir və bu baxımdan, onun keçirdiyi bütün layihələrə böyük önəm verir. APA-nın baş direktoru Vüsalə Mahirqızı da bu cür tədbirlərin davamlı olmasını və gələcəkdə digər tanınmış jurnalistlərin, baş redaktorların da bu yöndə tədbirlərə dəvət edilməsini arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA