ABŞ-da Eynulla Fətullayevə qonaqlıq veriblər

img

21-11-2011 [12:20]


Nobel mükafatı laureatı Cozef Stiqlits Eynulla Fətullayevə ziyafət verib. Noyabrın 19-da Dünya Bankının keçmiş prezidenti, ABŞ-da ən nüfuzlu alimlərdən biri Cozef Stiqlits ?İnsan Haqları Uğrunda? İctimai Birliyinin sədri, Eynulla Fətullayevi azadllığa çıxması və ABŞ-a səfəri münasibətilə öz evində qonaq edib. Mərasimdə ABŞ-ın nüfuzlu hüquq müdafiə təşkilatı olan ?Human Rights Watch? və Jurnalistləri Müdafiə Komitəsinin rəhbərləri, Kolumbiya Universitetinin professorları, ABŞ və Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri, o cümlədən Rusiyanın ?Dojd? telekanalının baş redaktoru Mixail Ziqar iştirak ediblər. E. Fətullayev, onun azadlığa çıxması ilə bağlı Qərbdə aparılan təbliğat kampaniyasının rəhbəri Nina Oqnyanova və Jurnalistləri Müdafiə Komitəsinin sədri Samuel Con çıxış edərək jurnalistin həbsinin tarixçəsi və Azərbaycanda azad mətbuatın ağır durumu haqqında ətraflı məlumat verib. Tədbir şam yeməyi ilə davam edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA