MSK üzvü MSK-nı məhkəməyə verdi

img

24-11-2011 [03:40]


MSK üzvü Akif Qurbanov Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisad məhkəməsinə verilən ərizə inzibati orqanın hərəkətsizliyinə dair məcburetmə iddiası ilə irəli sürülüb. Ərizədə Akif Qurbanov bildirib: ?Seçki Məcəlləsinin tələbinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasında təmsil olunan azlıqda olan komissiya üzvləri arasında əldə olunan razılaşmaya əsasən Ümid Partiyası və mən 58 seçki dairəsi üzrə dairə seçki komissiyalarının formalaşmasında iştirak etmək hüququ qazanmışıq. Lakin, MSK-nın 19 iyul 2011-ci il tarixli iclası zamanı məlum oldu ki, razılaşma pozulub və Naxçıvan MR ərazisində yerləşən 2 saylı Şərur və 4 saylı Naxçıvan seçki dairələri üzrə təmsilçilik hüququmuzun reallaşmasına imkan verilməyan qanunsuz qərar qəbul oundu. Hesab edirəm ki, MSK üzvü olaraq həm mənim, həm də seçki komisiyalarının formalaşmasında iştriak etmək hüququ qazanmış olan Ümid Partiyasının huquqları və eyni zamanda Seçki Məcəlləsinin tələbləri ciddi şəkildə pozulmuşdur?. Ərizədə Akif Qurbanov məhkəmədən Mərkəzi Seçki Komissiyasının 4/10 saylı 19 iyul 2011-ci il tarixli qərarının 1-7 saylı seçki dairələri üzrə qismən ləğv edilməsi vəzifəsini cavabdeh təşkilatın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edib. Məlumat üçün qeyd edək ki, Seçki Məcəlləsinin 22.10.5-ci maddəsinə əsasən seçki komissiyasının həlledici səs hüquqlu üzvləri seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq yuxarı seçki komissiyasına və məhkəməyə şikayət edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA