islamçılardan meriyaya sərt reaksiya

img

19-11-2011 [01:30]


Məlum olduğu kimi, Azərbaycan İslam Partiyasının (AİP)rəhbərliyi 10 noyabr 2011-ci il tarixli, təşəbbüs qrupunun müəyyənləşdirdiyi mitinqin təşkilatçıları adından Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) 20 noyabr 2011-ci il tarixdə, saat 15:00-da mitinq keçirmək barədə müraciət ünvanlamışdı. Razılaşdırılmış aksiya keçirmək barədə yazılı müraciətə BŞiH ənənəvi olaraq, insanların konstitusion hüquqlarını kobud şəkildə pozan cavab verib. MİA-nın xəbərinə görə, bununla bağlı partiya etiraz bəyanatı verib. Bəyanat müəlifləri bildirirlər ki, meriyanın belə bir cavabı qanunsuzdur: ?Biz mitinqdə ?Qarabağa azadlıq?, ?rüşvət və korrupsiyaya son?, ?günahsız məhbuslara azadlıq?, ?Konstitusiyaya hörmət? tələb və şüarlarını səsləndirəcəyimizi, qanunun bütün tələblərini diqqətlə nəzərə almaqla, dinc aksiya keçirməyimizi bildirsək də, şəhər meriyası yalançı bəhanələrlə insanların dinc toplaşmaq azadlığına maneə olmaqla, sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin - yəni hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığını, hər kəsin başqaları ilə birlikdə uyğun dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququnu, ?insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya?nın (Avropa Konvensiyası) 11-ci maddəsini (Azərbaycan Respublikası bu Konvensiyanı 2001-ci il dekabrın 25-də ratifikasiya edib) pozmaqda davam edir?. AİP baş verənləri ölkə vətəndaşlarının səsini boğmaq, azadlıqlarını məhdudlaşdırmaq kimi qiymətləndirir: ?Bu da öz növbəsində Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində Azərbaycan hakimiyyətinə beynəlxalq təşkilatların, super güclərin təzyiqinə münbit şərait yaradır. BŞİH-in bu cür addımları əksinə olaraq, cəmiyyətdə ciddi qarşıdurmaya, xalq-hakimiyyət inamsızlığı və etimadsızlığının yaranmasına xidmət edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA