Bələdiyyə seçkilərini 10 min müzahidəçi izləyəcək

img

26-11-2011 [01:10]


Bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə əlaqədar qeydiyyatdan keçmiş müşahidəçilərin sayı açıqlanıb. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, seçki dairələri üzrə 9863, MSK-da isə 40 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib. Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9903 nəfərdir. Bələdiyyə seçkilərini izləmək üçün beynəlxalq müşahidəçilər tərəfindən müraciət olmayıb. Noyabrın 30-na təyin olunmuş seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb. Lakin 16 nəfər namizədliyini geri götürüb, daha 2 nəfər vəfat edib. Qeydiyyatda qalan bələdiyyə üzvlüyünə namizədlərin sayı 1549-dur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA