Azərbaycan Diplomatik Akademiyasında beynəlxalq tələbə günü qeyd olunub

img

18-11-2011 [01:10]


Bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) beynəlxalq tələbə günü qeyd olunub. ADA-nın Kitab Mərkəzində bu münasibətlə Azərbaycan, Bolqarıstan, Yunanıstan, Almaniya, Fransa, İtaliya, Norveç, Yaponiyanın ali təhsil müəssislərinin nəzdində yaradılan mədəniyyət mərkəzlərinin iştirakı ilə həmin ölkələrin təqdimatı keçirilib. Tədbirin açılışında Gənclər və idman nazirin müavini İntiqam Babayev, ADA-nın prorektoru Fariz İsmayılzadə çıxış ediblər. F. İsmayılzadə bildirib ki, hazırda ADA-da 16 ölkədən olan tələbələr təhsil alır. Onun sözlərinə görə, ADA Avropa və ABŞ-da yerləşən 20-yə yaxın universitetlə sazişlər imzalayıb, bu sazişlərin əsasında azərbaycanlı tələblər orada təhsil alırlar. Təqdimatdan sonra qonaqlara həmin ölkələrin mədəniyyəti, rəqsləri nümayiş etdirilib, mətbəxlərin təqdimatı keçirilib. Tədbirdə Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri də iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR