ABŞ-ın bu ştatında fövqəladə vəziyyət elan olunub

img

15-07-2025 [15:12]


ABŞ-ın bir ştatında fövqəladə vəziyyət elan olunub.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, buna səbəb güclü yağışlar olub.

"NBC News" yazır ki,  Nyu Cersi ştatının qubernatoru Phil Murphi güclü yağış səbəbindən fövqəladə vəziyyət elan edib: "Xahiş edirəm, evdə qalın və vacib olmadıqca, bayıra çıxmayın"

Nyu York Şəhər Fövqəladə Hallar İdarəsi isə zirzəmi və ya yarımzirzəmidə yaşayanları dərhal oranı tərk etməyə çağırıb: "Diqqətli olun. Gecə də daxil olmaqla, hər an sel və daşqın təhlükəsi var. Telefonunuzu, fənərinizi və təcili yardım dəstinizi yanınızda götürün. Daha yüksək yerlərdə qalmağa çalışın"

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR