XİN başçısı: "Yaponiya Azərbaycanı mühüm enerji oyunçusu hesab edir"

img

05-09-2018 [13:22]


"Yaponiya Azərbaycanı Avropanı Asiya ilə birləşdirən vacib ölkə, eləcə də mühüm enerji oyunçusu hesab edir".

Bunu Bakıda səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşün yekununda deyib.

Yaponiya XİN başçısı bildirib ki, Azərbaycanla münasibətlər yüksək səviyyədədir: "Rəsmi Tokio həmçinin Yaponiyanın regionda biznes mühitinin inkişafı və yaxşılaşdırılmasına yardfım edəcəyi "Qafqaz təşəbbüsü" proqramını təklif edib".

T.Kononun sözlərinə görə, Yaponiya və Azərbaycan həmçinin bir sıra istiqamətlər üzrə əməkdaşlıq edir, o cümlədən tələbələr üçün viza rejiminin sadələşdirilməsi prosesinə başlamaq qərara alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA