Yeni icra başçısının yerinə təyinat oldu

img

05-09-2018 [11:51]


Xəbər verdiyimiz kimi, bir müddət öncə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsənov Vaqif Bəhram oğlu Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Mia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Xəzər rayon icra başçısı Gülağa İslamovun əmri ilə birinci müavin vəzifəsinə Salahov Elşən Rövşən oğlu təyin edilib.

Qeyd edək ki, Elşən Salahov daha öncə qurumun təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA