Türkiyə Gəncəyə yeni baş konsul təyin edib

img

04-09-2018 [15:19]


Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu Zəki Öztürkü qəbul etdi.

XİN-dən Mia.az-a verilən xəbərə görə, görüş əsnasında Zəki Öztürk baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim etdi. Pərvin Mirzəzadə Zəki Öztürkə gələcək fəaliyyətində uğurlar arzu etdi.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin daha da inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA