Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qəzaya düşdü - Sumqayıtda

img

02-09-2018 [23:25]


Sumqayıtda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Mia.az Report-a istinadən bildirir ki, şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində 1-i qadın, 3-ü kişi olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar - 1952-ci il təvəllüdlü Zahidova Reyhan Eldar qızı, 1990-cı il təvəllüdlü Yusufov Cavid Yusif oğlu, 1984-cü il təvəllüdlü Yaqubov Bağı Eldar oğlu, 1970-ci il təvəllüdlü Hacıyev İldırım Alişan oğludur. Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, xəsarət alanlardan 3-ü Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA