Toya hazırlaşan gəlin qəzaya düşdü – Xəsarət alanlar var

img

09-09-2018 [17:40]


Mingəçevir şəhərində içərisində toya hazırlaşan gəlinin də olduğu maşın qəzaya düşüb.

Mia.az  "Report”a istinadən xəbər verir ki, Nəsimi və Nərimanov küçələrinin kəsişməsində "Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə adları hələ ki, dəqiqləşdirilməyən minik avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Minik avtomobilində toya hazırlaşan şəhər sakinləri, o cümlədən gəlin olub. Xoşbəxtlikdən gəlin qəzadan xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA