Bir sıra ölkələrin parlament rəhbərləri Azərbaycana dəvət olunub – Yubileyə görə

img

29-08-2018 [18:21]


Bir sıra ölkələrin parlament rəhbərləri Azərbaycana dəvət olunub.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Trend-ə bildirib ki, spikerlər sentyabrın 20-də Milli Məclisin yaranmasının 100 illik yubileyi ilə əlaqədar parlamentin xüsusi iclasında iştirak etmək üçün dəvət edilib.

A.Təvəkküloğlu qeyd edib ki, bundan sonra da bir sıra ölkələrin parlament rəhbərlərinə dəvətnamələr göndəriləcək: "Yəni proses hələ davam edir. Hansı ölkələrin parlament spikerlərinin gəlib-gəlməyəcəyi barədə indidən nəsə demək çətindir”.

Parlament rəsmisi vurğulayıb ki, hazırlıq prosesi yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA