Ramil Usubov partiya sədrini medalla təltif etdi - Açıqlama + FOTO

img

29-08-2018 [15:57]


Bötöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun əmrinə əsasən, "Azərbaycan Polisinin 100 illiyi (1918-1920)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Qüdrət Həsənquliyev bununla bağlı Daxili İşlər Naziri general-polkovnik Ramil Usubova təşəkkür məktubu göndərib.

Məktubda deyilir:

Hörmətli Ramil müəllim,

Məni "Azərbaycan Polisinin 100 illiyi (1918-1920)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Ölkəmizdə sabitliyin və asayişin qorunmasında, cinayətkarlığa və onun hər cür təzahürlərinə qarşı mübarizədə üzərinə düşən vəzifələri bu gün də yüksək peşəkarlıqla yerinə yetirən, ictimai təhlükəsizliyin təmin olunmasında müstəsna xidmətlər göstərən Azərbaycan polisinin 100 illiyi ilə bağlı medalla təltif olunmaqdan qürur duyuram.

Sizə və Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına şərəfli işinizdə uğurlar diləyir, möhkəm cansağlığı arzulayıram”.

<font color=red><b>Qüdrət Həsənquliyev “Azərbaycan Polisinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilib</b></font>


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA