Gürcüstan baş nazirinin Azərbaycana səfər proqramı - Açıqlandı

img

29-08-2018 [12:36]


Gürcüstanın baş naziri Mamuka Baxtadzenin Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb.

"Report”un Gürcüstan bürosunun məlumatına görə, avqustun 30-da Bakıya gələcək hökumət başçısı səfər çərçivəsində Azərbaycanın baş naziri Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə iki ölkə arasında nəqliyyat, energetika, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf prespektivləri müzakirə olunacaq. Tərəflər həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da nəzərdən keçirəcəklər. Bildirilib ki, görüşlərdə iqtisadiyyat sahəsində əməkdaşlığın artan potensialına xüsusi diqqət ayırılacaq.

Qeyd edək ki, bu, M.Baxtadzenin Gürcüstanın baş naziri kimi Azərbaycana ilk səfəridir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA