Birinci vitse-prezidentin yeni köməkçiləri kimdir? - DOSYE

img

29-08-2018 [10:04]


Xəbər verdiyimiz kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya daha iki yeni köməkçi təyin edilib. Bunlar Xaliq Əhədov və Emin Hüseynovdur.

Bununla da Birinci vitse-prezidentin köməkçilərinin sayı 6-ya çatıb.

Qeyd edək ki, Birinci vitse-prezidentin digər 4 köməkçisi Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.

Yeni köməkçilər kimdir?

Onların dosyesini təqdim edirik. 

Xalid Nurəddin oğlu Əhədov 4 fevral 1980-ci ildə anadan olub. Ziyalı ailəsində doğulan X.Əhədovun anası müəllim, atası həkimdir. Yeri gəlmişkən, Xalid Əhədovun atası Nurəddin Əhədov həm də keçmiş millət vəkilidir.

Xaliq Əhədov 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olunub və Barselonada MBA təhsili alıb.

O, tələbəlik illərindən bank sektorunda işləməyə başlayıb. Daha sonralar professional fəaliyyətə keçən X.Əhədov 1999-cu ilin martında «Bank of Baku»da pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələrində çalışıb. Ardınca - 2005-ci ildə "Bank of Baku”nun idarə heyəti sədrinin müavini işləyib.

2012-ci ildə "Unibank”da icraedici komitənin üzvü, 2015-ci ildə "Unibank”ın icraçı direktoru vəzifəsini tutub. 2016-da "Bank Standard”ın baş direktoru, daha sonra (yenə 2016) "Azər Türk Bank"da İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraedicisi vəzifəsində çalışıb.

Xaliq Əhədov 10.01.2017-ci il tarixində "Beynəlxalq Bank"ın İdarə Heyətinə sədr gətirilib. 14.03.2018-ci il tarixində "Beynəlxalq Bankı"n səhmdarlarının ümumi yığıncağında bu postdan ayrılaraq, bankınMüşahidə Şurasının üzvü təyin edilib.

Qeyd olunan vəzifələrlə yanaşı, o, əvvəllər "Atəşgah sığorta”nın Müşahidə Şurasının üzvü, "Millikart prosesinq mərkəzi”nin direktorlar şurasının sədri vəzifələrini də icra edib.

Birinci vitse-prezidentin digər yeni köməkçisi Emin Zamin oğlu Hüseynov 12 noyabr 1974-cü ildə anadan olub. 1996-cı ildəAzərbaycan Dövlət İqtisad Institutunun Kommersiya fakültəsini beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib.

1998-ci ildəABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb.
2009-cu ildəABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alıb.
2014-cü ildə Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Emin Hüseynov 1998–2001-ci illərdəDünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində iqtisadçı, 2001–2003-cü illərdəBeynalxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində iqtsadçı işləyib.

2003 - 2005-ci illərdəDünya Bankının Azərbaycandakı Ölkə Ofisində ölkə üzrə iqtisadçı, 2005 - 2007-ci illərdəMilli Bankda Tədqiqatlar departamentinin direktoru, 2007 – 2008-ci illərdə Milli Bankda Tədqiqatlar və statistika departamentinin direktoru, 2008-2010-cu illərdəMərkəzi Bankda Tədqiqatlar departamentinin direktoru, Mərkəzi Bankın baş iqtisadçısı vəzifələrində çalışıb.
2010 – 2013-cü illərdəMərkəzi Bankda Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın baş direktoru olub.

2013 – 2016-cı illərdəAzərbaycan Diplomatiya Akademiyasında Strategiya və inkişaf məsələləri üzrə prorektor, 2016-cı ilin yanvar ayından iyun ayınakimi"ADA” Universitetində Elmi məsələlər və strategiya üzrə prorektor vəzifələrini tutub.

2016-cı ilin mart ayındaAzərbaycan Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncamı əsasında yaradılmış İşçi Qrupun üzvü təyin edilib.Evlidir, üç övladı var/modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA