"Bu səfər münasibətlərin gələcək inkişafına təkan verəcək" - Binəli Yıldırım

img

29-08-2018 [09:03]


"Azərbaycan və Türkiyə regional və beynəlxalq arenada birgə fəaliyyət göstərən iki dost və qardaş ölkələrdir".

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Binəli Yıldırım qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir: "Biz regional məsələlərin həllində və beynəlxalq aləmdə birgə fəaliyyət göstərən iki dost və qardaş ölkələrik. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafına təkan verəcək. Azərbaycan kimi gözəl ölkədə olmağımdan məmnunluq hissi keçirir, bütün Azərbaycan xalqını ürəkdən salamlayıram", - deyə Türkiyə Böyük Millət Məclisinin sədri bildirib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 28-də Azərbaycana səfərə gəlib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA