Gürcüstanın baş naziri Azərbaycana gəlir - Bu tarixdə

img

28-08-2018 [14:56]


Avqustun 30-da Azərbaycana rəsmi səfərə gələcək Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin səfər proqramı məlum deyil.

Bu barədə Gürcüstan baş nazirinin mətbuat xidmətindən "Novosti Qruziya”ya bildirilib.

"Səfər avqustun 30-da baş tutacaq. Bu, baş nazirin ilk rəsmi səfəri olacaq. Lakin səfər çərçivəsində hansı məsələlərin müzakirə ediləcəyi məlum deyil”, – deyə məlumatda bildirilib.

Mənbə qeyd edir ki, Gürcüstan və Azərbaycan 1992-ci il noyabrın 18-də diplomatik münasibətlər qurublar: "O vaxtdan bəri ölkələr enerji və ticarət də daxil olmaqla, müxtəlif sahələrdə yaxından əməkdaşlıq edirlər. Azərbaycan bu gün Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir. Ölkələr arasındakı ticarət dövriyyəsi keçən il təxminən 882 milyon dollara çatdı”.

Teleqraf.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA