Binəqədinin xanım bələdiyyə sədri vəzifəsindən getdi - Açıqlama

img

28-08-2018 [12:32]


Bakının Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin xanım sədri Sitarə Cabbarlı vəzifəsindən çıxarılıb.

Məsələ ilə bağlı unikal.org-a açıqlama verən keçmiş bələdiyyə sədri işdən çıxarılmadığını, vəzifəsindən öz istəyi ilə getdiyini söyləyib:

"İcra başçısının məni işdən çıxarması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Mən ailə vəziyyətimlə bağlı bələdiyyə iclasına müraciət etmişəm. Müraciətimdə xeyir işimlə bağlı vəzifəmi idarə edə bilməyəcəyimi bildirmişəm. Belə ki, sentyabr ayında toyum olacağı üçün, işimdən uzaqlaşmaq qərarını vermişəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA