Gürcüstan Azərbaycana yeni səfir göndərdi - Zurab Pataradze kimdir?

img

27-08-2018 [22:52]


Gürcüstan Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, qonşu ölkə prezidenti Giorgi Marqvelaşvilinin imzaladığı fərmana görə, bu vəzifəni Zurab Pataradze icra edəcək.

Z.Pataradze 2016-cı ilin iyulundan 2018-ci ilin iyuluna qədər Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı olub. Bundan öncə o, Gürcüstanın Yunanıstanın Saloniki şəhərində baş konsulu (2009-2010), Türkiyənin İstanbul şəhərində baş konsulu (2011-2012), Türkiyə (2012-2013) və Qazaxıstandakı səfiri vəzifələrini tutub (2013-2016).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA