"Almaniya Qarabağ münaqişəsinin həllinə yardım göstərməyə hazırdır" - Angela Merkel

img

24-08-2018 [20:15]


 "Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlverişli mühitin yaranmasına yardım göstərməyə hazırdır".

Bunu Almaniya kansleri Angela Merkel Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür: "Biz görüşdə münaqişənin həllinin vacibliyindən danışdıq. Əlbəttə, münaqişəni həll etmək yaxşı olardı. Amma əlverişli mühitdə qərar vermək çox vacibdir. Almaniya da bu işdə kömək etməyə hazırdır". 

A.Merkel bildirib ki, münaqişə danışıqlar yolu ilə həll edilməli və bunun üçün hər cür səy göstərilməlidir/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA