17-08-2018 [13:30]
Azərbaycan parlamentinin üzvü və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli haqqın.az saytına bildirib ki, Azərbaycan yeni geosiyasi şərtlər daxilində Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü də ola bilər.
"Ötən əsrin 90-cı illərində mövcud olan vəziyyət hazırda müşahidə etdiyimiz vəziyyətdən köklü şəkildə fərqlənir. 2002-ci ildə KTM-nin tam dəyərli beynəlxalq təşkilata çevrilməsi barədə qərar qəbul olunub. İndi də KTMT-ni sırf hərbi blok kimi nəzərdən keçirməyə dəyməz. Bu daha çox hərbi təhlükələrdən savayı, təhlükəsizlik problemləri, beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, kibercinayətkarlığa qarşı fəaliyyətlə məşğul olan regional beynəlxalq təşkilatdır.
Cənubi Qafqazda Azərbaycanın lider rolunu və ölkəmizin artan hərbi gücünü nəzərə almaqla KTMT-də iştirakımız haqqında məsələni nəzərdən keçirmək məqsədəuyğun olardı. Axı biz onsuz da hərbi sahədə Rusiya ilə sıx əməkdaşlıq edirik. Əlbəttə, Ermənistan istisna olmaqla, KTMT-nin digər ölkələri ilə də bizim dostluq münasibətlərimiz mövcuddur və təhlükəsizlik sahəsində əməkdaşlıq edilir. Bu mənada da həmin təşkilatda üzvlük bizə KTMT-dəki prosesləri yalnız müşahidə etmək deyil, həm də onlara təsir etmək imkanı yaradacaq. Bunu da nəzərə almaq gərəkdir ki, istənilən ölkə istənilən vaxt bu təşkilatı tərk edə bilər və burada qərarlar konsensus əsasında qəbul edilir. Buna görə də mən ölkəmizin KTMT-də iştirakında hər hansı ciddi təhlükə görmürəm. Həm də bu təşkilatda müşahidəçi ölkə statusundan da başlamaq olar".
"Müasir dünya düzəni xaos içərisindədir. Bəzi ekspertlər hesab edirlər ki, ”Soyuq müharibə"dən sonra bərqərar olmuş qüvvələr nisbəti pozulur və dövlətlərin yenidən formalaşması, qruplaşması prosesi gedir. Əlbəttə ki, bu proses kiçik dövlətlərin də hansı tərəfdə olmasına təsir göstərəcək. Biz postsovet məkanına daxil olan və torpaq itkisi, etnik təmizləmə ilə üzləşmiş ölkə kimi hər addımımızı yüz dəfə ölçməliyik. Yəni atacağımız addımın bizə nə qazandıracağına baxmalıyıq. Əvvəla, bu məsələdə şəffaflıq və açıqlıq olmalıdır. Heç kimə sirr deyil ki, Rusiya postsovet məkanında hegemon mövqelərə malikdir və bu mövqeləri qorumağa və möhkəmləndirməyə can atır. Bu gün Rusiya üçün Azərbaycan strateji əhəmiyyətə malik olan dövlətlərdən biridir. Azərbaycanın Rusiya qurumlarına cəlb edilməsi bu ölkə üçün böyük uduş ola bilər. KTMT-yə daxil olan Azərbaycan bu təşkilatın gücünü artıracaq. Eləcə də digər təşkilatlara yanaşmada bu, belədir. Yəni Azərbaycan nə Gürcüstandır, nə də Ermənistan. Ölkəmiz dünyada öz hərbi və iqtisadi potensialı ilə seçilir. Rusiya da bu sarıdan həm geopolitik mövqeyinə, həm də dünya siyasətində qazandığı nüfuza görə Azərbaycanla hesablaşır. Lakin burada qazandığımıza və itirdiyimizə baxmalıyıq".
Politoloq bildirib ki, Azərbaycan bu təşkilata üzvlük müqabilində mütləq 7 rayonun qaytarılması məsələsini gündəliyə gətirməlidir: "Artıq 5 rayon məsələsi öz aktuallığını itirib. Bu rayonların mərhələ-mərhələ geri qaytarılması dünya ictimaiyyətində yanlış təsəvvürlər yarada bilər. Bu baxımdan söhbət siyasi alış-verişdən gedirsə, Azərbaycanın istəkləri açıq şəkildə bildirilməlidir. Birinci mərhələdə qeyri-şərtsiz Azərbaycanın 7 rayonu geri qaytarılmalıdır. Çünki bu rayonlar Dağlıq Qarabağın hüdudlarında zor gücü ilə işğal edilmiş torpaqlarımızdır. Bu ərazilərdə etnik təmizləmə baş verib və Azərbaycana ən azı 350 milyard dollar dəyərində ziyan dəyib. Azərbaycan bunların hamısını masanın üstünə yatırmalıdır. Bütün bunları təsdiq edən BMT Təhlükəsizlik Şurasının 4 sənədi də var. Bunların hamısı Ermənistanın cinayətkar, işğalçı dövlət olduğunu ortaya qoyur. Bizə deyilməməlidir ki, KTMT-yə daxil olun, sonra filan şeyləri həll edərik. Xeyr, əvvəl 7 rayon məsələsi həll edilir, sonra biz üzv oluruq. Dağlıq Qarabağın statusu məsələsi də sonrakı mərhələdə müzakirə olunmalıdır. Azərbaycan bir şeyi də diqqət mərkəzində saxlayır ki, münaqişə tam çözülənə qədər istər sülhməramlı qüvvələr adı altında, istərsə də KTMT-nin üzvü kimi bölgəyə rus əsgəri gətirilməyəcək. Çünki Azərbaycan bölgədə müstəqil respublikadır. Rusiya ilə strateji müttəfiqliyimiz olsa da, münaqişənin bütün nəticələri aradan qaldırılmadan rus əsgərinin ayağı Azərbaycan torpaqlarına dəyməməlidir. İrəli sürdüyümüz şərtləri müstəqil dövlətin öz suverenliyini qorumaq üçün irəli sürdüyü şərt kimi qəbul etməlidirlər. Lazım gələrsə, hətta bu məsələ ilə bağlı referendum məsələsi də gündəmə gətirilə bilər”.
PolitoloqElxan Şahinoğluisə hesab edir ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduqdan sonra həm NATO ilə əməkdaşlıqdan, həm də balanslaşdırılmış xarici siyasətdən imtina etmək məcburiyyətində qalacaq: "Bunu bizdən Moskva tələb edəcək, haqlı da olacaq, bir hərbi blokun üzvü ona qarşı olan hərbi blokla əməkdaşlıq etməməli və balanslaşdırılmış xarici siyasət yürütməməlidir.
Ermənistanın yeni hakimiyyətinin siyasəti Rusiyada narahatlıq yaradır. Ancaq bu bizə eyforiyaya qapılmaq və "Rusiya-Ermənistan münasibətləri pozulur, bundan öz məqsədlərimiz üçün istifadə edək” kimi tələsik qərarlar qəbul etmək üçün əsas vermir. Rusiya sabah asanlıqla Ermənistanda narazı qaldığı baş nazir Nikol Paşinyanı öz tərəfdarı ilə əvəz edə bilər. Moskva bunu əvvəllər də Ermənistanda edib, indi də bunu etmək üçün bu ölkədə kifayət qədər resursu var".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)