Xəzər Konvensiyası ilə bağlı iclas keçiriləcək - Təsdiqləndi

img

15-08-2018 [14:47]


Xəzərin hüquqi statusu üzrə Konvensiyanın müddəalarının həyata keçirilməsi üzrə xüsusi işçi qrupunun ilk iclası 2018-ci ilin noyabr ayında Azərbaycanda keçiriləcək.

Mia.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"Sammit ərəfəsində xarici işlər nazirləri Xəzər dənizi məsələləri ilə bağlı yüksək səviyyəli işçi qrupu yaratmaq barədə razılığa gəliblər. İlk iclasın artıq bu ilin noyabr ayında Azərbaycanda keçirilməsi planlaşdırılır", - Qazaxıstan XİN-dən bildiriblər.

Xatırladaq ki, dünən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov xüsusi işçi qrupunun ilk iclasının payızda Bakıda keçiriləcəyini təsdiqləyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA