Mehman şərti azadlıq üçün məhkəməyə müraciət etdi

img

15-08-2018 [10:18]


Həbsdə olan video bloqer Mehman Hüseynov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

Mia.az xəbər verir ki, vəkili Şəhla Hümbətova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M. Hüseynov avqustun 10-da bu barədə ərizə yazaraq müdafiəçisi vasitəsilə məhkəməyə təqdim edib. O, ərizəsində cəzasının çəkilməmiş hissəsindən azad edilməklə şərti formada azadlığa buraxılmasını istəyib.

Qaradağ rayon Məhkəməsində yaxın günlərdə işə baxılacaq. Hələlik prosesə sədrlik edəcək hakimin kimliyi və məhkəmənin vaxtı bəlli deyil.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA