?Eurovision-2012?nin ilkin dinləmələri bazlayır

img

01-11-2011 [12:58]


"Eurovision Mahnı Müsabiqəsi-2012" üçün milli seçim turuna sənəd vermiş iştirakçıların ilkin dinləmələri başlayır. İctimai Televiziya və Radio Yayımları Şirkətindən (İTV) bildirilib ki, noyabrın 3, 5, 7-də sənədləri gəbul olunmuş 119 nəfər iştirakçı İctimai Televiziyada ilkin dinləmələrdən keçəcək. Dinləmələr 3 qrupa bölünəcək. İlk qrup noyabrın 3-də çıxış edəcək. Çıxışlarda hər iştirakçı öz səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək 2 mahnı ifa etməlidir. Bu dinləmələrdən keçən şəxslər Milli seçim turunun əsas mərhələsinə qatılacaq və İctimai Televiziyanın canlı efirində yarışacaqlar. Milli seçim ötənilki qayda ilə aparılacaq. Azərbaycanın Eurovision-2012 təmsilçisi münsiflər heyəti və tamaşaçıların rəyi ilə seçiləcək. 57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA