Elzad Xose Hüseyn Dəryanı yumruqladı

img

27-10-2011 [04:44]


Reperlər Elşad Xose ilə Hüseyn Dərya müğənni Emil Bədəlovun toyunda baş verən arzuolunmaz hadisənin səbəbkarı oldular. Məclisdə gələcək həyat yoldaşı rəqqasə Oksana Rəsulova ilə birlikdə iştirak edən Elşad, Hüseyn onların masasına yaxınlaşıb "inşallah, toyunuz nə vaxtdır" deyənə qədər olduqca şən əhval-ruhiyyədə idi. Hadisə şahidinin verdiyi məlumata görə, düşmən münasibətində olduğu həmkarından təbriki qəbul etməyən Xose "sağ ol" əvəzinə Dəryanı yumruqla "mükafatlandırıb". Aldığı zərbə nəticəsində digər masadakı xanımlardan birinin üstünə yıxılsa da, Hüseyn mübahisəni davam etdirmədən sakit şəkildə restoranı tərk edib. Trend-ə açıqlamasında həmkarını vurmaqdan qəti şəkildə peşmançılıq çəkmədiyini söyləyən Xose, özünə belə haqq qazandırdı. "O, layiq olduğu cavabı aldı. Utanmadan verilişlərdə, saytlarda Oksana ilə münasibətlərimizdən ironiya ilə danışır. Üz-üzə gələndə isə təbrik etməyə cürəti çatır. Yaxşı etdim, qoy, ona dərs olsun. Bir də lazımsız yerə haqqımızda danışmasın", - Elşad belə dedi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA