Avropa MDB vətəndaşlarına qadağa tətbiq edir - Əmlak sayəsində pasport və yaşamaq üçün icazələri ləğv olunur

img

07-08-2018 [12:37]


 Avropa Komissiyası MDB ölkələri vətəndaşlarına daşınmaz əmlak alınması və ya investisiya qoyulması qarşılığında verilən pasport və yaşamaq üçün icazələrin sayını azaltmaq niyyətindədir.

TASS-a istinadən xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazıb.

Məlumata görə, bu qərar "qızıl" sənədlərin çirkli pulların yuyulması və Avropa İttifaqının (Aİ) təhlükəsizliyinin pozulması üçün təhdidlər olması ilə bağlıdır.

Ədliyyə üzrə avrokomissar Vera Yurovanın sözlərinə görə, yeni direktivlər artıq payızda hazırlanaraq nəşr olunacaq.

"Avropa Komissiyası verilən "qızıl pasportlar"ın sayının artımından çox narahatdır", - o, deyib.

Qeyd edək ki, bəzi Aİ ölkələrində "qızıl" viza və pasport qaydası qüvvədədir: daşınmaz əmlak almaq və ya dövlət iqtisadiyyatına əhəmiyyətli investisiyalar qoymaq müqabilində yaşayış icazəsi və ya vətəndaşlıq almaq mümkündür.

Komissarlar Avropa ölkələri arasında xüsusilə Kipr, Yunanıstan və Maltanı, "qızıl sənədlər"in sahibləri arasında isə Rusiya, Çin və MDB ölkələrinin vətəndaşlarını qeyd ediblər/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA