Keçmiş deputatın evindən 10 min manatlıq qızıl oğurlandı - Polis faktı araşdırır

img

07-08-2018 [12:02]


Yasamal rayonunda prezidentliyə namizəd olan professor Qulamhüseyn Əlibəylinin evindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Məlumata görə, F.İbrahimbəyov küçəsi 12-də yaşayan Qulamhüseyn Surxay oğlu Əlibəyli oğurluqla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə məlumat verib.

Q.Əlibəylinin sözlərinə görə, avqust ayının 3-dən 6-na kimi evdə olmayıb və cinayət barədə avqustun 6-da xəbər tutub. Oğru və ya oğrular mənzilə eyvandan keçməklə daxil olublar.

Xatırladaq ki, Q.Əlibəyli Azərbaycanda keçirilən seçkilərdə prezidentliyə namizəd, 1995-2005-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Hazırda isə Bakı Dövlət Universitetinin hüquq fakultəsinin professorudu/olke.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA