06-08-2018 [21:47]
Nəhayət, energetik içkilərlə bağlı rəsmi xəbərdarlıq edildi. Belə ki, Qida Təhlükəsizliyi Agentliyi bəyanat yayaraq energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edib.
Agentlikdən əlavə edilib ki, energetik içkilərin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər.
Bu səbəbdən də energetik içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır: "Məhsulu alarkən onun tərkibi ilə tanış olun. Energetik içkilərin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur. Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır. Energetik içkilər spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər. Energetik içkilərin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir”.
Həmçinin qeyd edilib ki, energetik içkilər artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər. Eyni zamanda, energetik içkilərin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. Bu kimi hallar insanda asılılıq yaradır, yuxusuzluğa səbəb olur. Daimi olaraq kofein istifadəsi ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir.
Qeyd edək ki, artıq bir neçə ildir ki, ölkəmizdə energetik içkilərin satışı kütləviləşib və xüsusən də isti yay mövsümündə bu cür içkilərə olan tələbat kəskin artır. Araşdırmalar da onu göstərir ki, bu cür içkilərin ən çox istifadəçisi gənclər və yeniyetmələrdir. Halbuki bundan əvvəl dəfələrlə mütəxəssislər energetik içkilərin insan həyatı üçün təhlükəli olduğunu bildiriblər. Həmçinin bir sıra millət vəkilləri energetik içkilərin satışının qadağan olunması və yaxud ən azından yeniyetmələrə, uşaqlara satılmaması barədə təkliflər irəli sürüblər. Təkliflərdə bildirilirdi ki, energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün əlavə aksiya vergiləri tətbiq edilsin. Lakin bu təkliflər elə təklif olaraq qaldı.
Bu gün istənilən böyük və ya kiçik tipli mağazalarda "Hell”, "Burn”, "Boss”, "Jaguar”, "Rox”, "Red Bull”, "Pitbull”, "Bizon” kimi markalara rast gəlirik. Onların qiymətləri 1-4 manat arasında dəyişdiyindən yeniyetmələr və uşaqlar üçün də əlçatan olur. Bununla da tez-tez ictimaiyyətdə əlində bu cür içki olan yeniyetmələrə, hətta uşaqlara rast gəlirik. Ekpsertlər həyəcanla bildirir ki, energetik içkilərin alışının kütləviləşməsi xüsusən də efilərdə aparılan reklam kampaniyalarıdır. Bəh-bəhlə təqdim edilən bu içkilər hər kəsi özünə cəlb edə bilir. Halbuki dünyanın bir çox inkişaf etmiş ölkələrində energetik içkilərin reklamı, istehsalı və satışı qadağan olunub.
Məsələn, Rusiya Səhiyyə Nazirliyi hələ 2010-cu ildən energetik içkilərin reklamını məhdudlaşdırmağı təklif edirdi, çünki bunu uşaq və yeniyetmələrin sağlamlığı üçün təhlükəsiz saymırdı. Lakin bu təşəbbüsün nəticəsi olmadı. 1 il sonra həddi-buluğa çatmayanlara alkoqolsuz enerji içkilərinin satışını qadağan edən qanun layihəsi Dövlət Dumasına təqdim olunub. Parlament tərəfindən dəstəklənmədiyindən 2 il sonra təkrar müzakirəyə çıxarılıb. Bu dəfə də deputatlar layihəni geri çevirdilər, Rusiya hökuməti qadağa üçün yetərli tibbi səbəb görmürdü. Bununla belə, məsələ yenidən müzakirəyə çıxarıldı və qanun layihəsini Dövlət Dumasında müxtəlif fraksiyalardan olan 40 deputat imzaladı. Lakin energetik içkilərin satışının məhdudlaşdırılması cəhdi yalnız dövlət başçısı Vladimir Putin deputatlarla görüşündə öz mövqeyini ortaya qoyduqdan sonra baş tutdu.
Energetik içkilərə qadağaya münasibətini o, belə ifadə etmişdi: "Mən bu sahədə indi daha qətiyyətlə hərəkət edərdim”.
Norveç, Danimarka, Fransada da belə içkilərin sərbəst satışı qadağandır. Energetik içkilərə hansı fəsadlara yol aça bilir?
Energetik içkilər qəfil ölümlərə səbəb ola bilir. Bunu mütəxəssislər deyir. Belə ki, bu içkilər insanın istər psixoloji durumuna, istərsə də ürək-damar sisteminə, maddələr mübadiləsinə mənfi təsir göstərir, yuxu, əsəb sistemini pozur. Ən pisi isə energetik içkilər insanda asılılıq yaradır və nəticədə insanlar bəzən öz fəaliyyətlərinə nəzarət edə bilmirlər. Bəzi ekspertlər isə qeyd edir ki, energetik içkilərin insanlarda asılılıq yaratması üçün məqsədli şəkildə tərkibinə müəyyən əlavə edilir. Belə ki, onların tərkibində əsasən kofein olur və onun dozası yüksək dərəcədə götürülür. Bu maddələr orqanizmi bir müddət tonusa gətirsə də, sonradan ona yenidən ehtiyac yaradır. Yəni energetik maddələrdən asılılıq yaranmağa başlayır. Digər tərəfdən, stimullaşdırılmış əzələlər, xüsusən də ürək əzələsinin normadan artıq çalışması sonradan ürək əzələsinin boşalması və müəyyən zədələrin yaranmasına səbəb ola bilir. Bəzən gün ərzində bu içkilərdən bir neçə dəfə istifadə edilir, nəticədə ürəyə böyük yük düşür. Məhz bu ürək əzələləsinin zədələnməsinə və digər fəsadlara gətirib çıxarır.
Xatırladaq ki, bir müddət bundan əvvəl energetik içkilərin zərərli maddələrdən ibarət olması ilə yanaşı, tərkibində öküz sperması olduğu haqda məlumatlar yayılmışdı. Araşdırma nəticəsində məlum olmuşdu ki, energetik içkilərə öküz sidiyi və spermasından əldə edilən bir maddə əlavə edilir. Belə ki, "Lonqorn” şirkəti enerji içkisi markalarını test edib. Şirkətin gəldiyi nəticə isə ürəkbulandırıcı olub.
Araşdırma sonrası energetik içkilərin tərkibində öküz sperması olduğu aydınlaşıb/musavat.com
Türkiyə İrana "Akıncı" PUA-sı və "Cougar" göndərdi
Okan Buruk: "Fənərbağça"nın itirəcəyi heç nə yox idi"
"İranın xahişi əsasında sürətli peyk xəritəçəkmə xidmətimizi aktivləşdirdik" - Aİ-dən ard-arda açıqlamalar
RƏİSİNİ MÜŞAİYƏT EDƏN HELİKOPTERLƏR GERİ DÖNƏRƏK 20 DƏQİQƏ ONU AXTARIB: "Prezidentlə olan iki nəfərlə..."
Rusiya XİN-dən Tehrana ismarıc: "Qəzanın səbəblərinin araşdırılmasına kömək etməyə hazırıq"
Arda Gülərin atdığı qollar "Real Madrid"in karına gəlmədi - 8 qolluq matçda norveçli 4 qol vurub
"Arsenal"ın qələbəsi yetmədi, "Mançester Siti" çempion oldu - Klopp azarkeşlərlə vidalaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəzzada savaş: daha 70 nəfər həlak olub
ABŞ: "İran prezidenti ilə bağlı prosesi diqqətlə izləyirik"
İran prezidenti və XİN başçısının olduğu müəmmalı helikopter qəzası: Rəisi ilə XİN başçısının yeri müəyyənləşib?(Yenilənib)
Türkiyə XİN: "Rəisinin axtarışına hər cür dəstəyə hazırıq"
Yevlaxda ər arvadını öldürüb
"Fənərbağça" "Qalatasaray"ı evində "yıxdı"
1918-ci ildə qurulan Azərbaycan...
Rəsmi Bakıdan Rəisinin qəzaya düşməsi ilə bağlı daha bir mesaj: "Bütün lazımi dəstəyi verməyə hazırıq"
Prezident İlham Əliyevdən İbrahim Rəisinin qəzaya düşməsi xəbərinə reaksiya: "Xəbər bizi ciddi şəkildə narahat etdi"
İLHAM ƏLİYEVLƏ RƏİSİ SƏRHƏDDƏ BİR ARAYA GƏLDİ: "Heç kim bizim aramıza girə bilməz" - Hidroqovşaqların açılışı oldu (FOTOLAR) -Yenilənir
Latviya Parlamentinin sədri Azərbaycanda belə qarşılandı - FOTOLAR
DİN-dən xaricə oxumağa getmək istəyənlər xəbərdarlıq: "Mütləq..."
Zakir Həsənov daha bir idarə rəisini vəzifədən azad edib
Müsavat Partiyasının Qadınlar Təşkilatının sədri istefa verdi - Gülağa Aslanlı isə "Xəbərimiz yoxdur" deyir
Mehdi niyə həbsi seçdi?
Hikmət Hacıyev: "ABŞ Sülh İnstitutuna təşəkkür edirik”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ukrayna boksunun azərbaycanlı ulduzu: Camal Quliyev 5 qat ölkə çempionu oldu - VİDEO
İsa Qəmbərin 6 müavini bəlli oldu - Arif Hacılı Məclisin sədri, 13 nəfər isə Divan üzvü seçildi (SİYAHI)
Prezident və birinci xanım Zəngilan və Cəbrayılda - “Ağalı” hotelinin açılışı oldu, yeni kənd və qəsəbələrin təməli qoyuldu (Yenilənib)
Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilib - FOTOLAR
GENERAL KOMANDAN OLDU - MN-də yeni təyinat (FOTO)
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam edir - FOTOLAR
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb
Dövlət Agentliyində israfçılıq: iki mərtəbəli binanın təmirinə 607 min manat xərclənəcək
YAP funksionerindən 25 partiya lideri ilə görüş haqda açıqlama: "Onlar dialoqun fəal iştirakçılarıdır"
İlham Əliyevlə Lukaşenko Füzuli və Şuşada: yeni işlərlə tanış olublar - FOTOLAR (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrailin daha bir hərbçisi həlak olub
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb: "Ceyk Sallivan ilə çox məzmunlu görüş baş tutdu və..."
Putin Çinə yolüstü mühüm mesajlar verdi: "Ukrayna ilə arada təhlükəsiz zonası yaradacağıq" - "ABŞ axmaqdır"
Belarus Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTOLAR
Vaqif Səmədoğlu 85 illik yubileyinə həsr edilmiş müsabiqə: finalçılar bəlli olub - SİYAHI
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak etdi - FOTOLAR
Aparıcı Samirə Mustafayeva AzTV-dən ayrılıb - Açıqlama
SƏNƏDSİZ EVLƏRƏ "KUPÇA" VERİLƏCƏK - Detallar
Təşkilat sədri saxlanılıb - Xalası oğlunun şikayəti əsasında
Buraxılış imtahanının nəticələri açıqlandı - 16 nəfər maksimal bal toplayıb (SİYAHI)
Sergen Yalçın "Beşiktaş"a 3 şərt qoydu: "9 oyunçu getməli və..."