"İranın xahişi əsasında sürətli peyk xəritəçəkmə xidmətimizi aktivləşdirdik" - Aİ-dən ard-arda açıqlamalar

img

20-05-2024 [00:31]


"Biz İranın tələbi ilə sürətli cavab peyk xəritəçəkmə xidmətimizi aktivləşdirdik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı Avropa İttifaqı (Aİ ) yayıb.

Bildirilib ki, İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və bəzi rəsmiləri daşıyan helikopterin qəzaya uğraması ilə əlaqədar İranın peyklə bağlı tələbinə operativ reaskiya verilib.

Aİ Komissiyasının böhranların idarə edilməsi və humanitar yardımdan məsul üzvü Janez Lenarçiç bildirib ki, artıq peyk aktiv fəaliyyətdədir.

Avropa Şurasının prezidenti Çarlz Mişel də hadisə ahqda mesaj yayıb. O, "Aİ üzv ölkələri və tərəfdaşlarımızla vəziyyəti yaxından izləyirik" deytib.

Prezident İbrahim Rəisi helikopterlə İran-Azərbaycan sərhədində hidroqovşağın açılış mərasimində dönərkən ölkə ərazisində qəzaya uğrayıb.

Onun və yanındakıların sağ olub-olmadığ bəlli deyil.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq