Elmar Məmmədyarov Xəzər dənizi ilə bağlı razılaşmadan danışdı: "Tərəflər müddəalara tam sadiq qalmalıdır"

img

06-08-2018 [16:30]


 "Xəzəryanı dövlətlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini razılaşdırmaq üçün böyük iş görüblər".

Bunu "RİA Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanda keçiriləcək qarşıdakı Xəzər sammitində Konvensiyanın mümkün imzalanması məsələsini şərh edərkən deyib.

"Uzun illər ərzində görülən işlər nəticəsini verib və biz Xəzərin hüquqi statusuna dair Konvensiyanın razılaşdırılması səviyyəsinə çatmışıq. Bu, Qazaxıstanda keçiriləcək Xəzəryanı dövlət başçılarının V sammitində onun imzalanması üçün bütün zəruri şəraiti yaradıb", - E.Məmmədyarov bildirib.

Onun sözlərinə görə, bütün ölkələrin Konvensiyanın mətni ilə bağlı iradları olub və bu, hüquqi sənədlərin hazırlanması zamanı adi beynəlxalq təcrübədir. E.Məmmədyarov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Konvensiyanın hazırlanması üçün 1996-cı ildən bəri bu formatda 51 görüş keçirildiyini xatırladıb.

Xəzəryanı ölkələrin Xəzər dənizində üçüncü ölkələrin hərbi iştirakına icazə verilməməsi barədə razılaşmasından danışan XİN başçısı bildirib ki, tərəflər Konvensiyada müəyyən edilmiş müddəalara tam sadiq qalmalıdırlar: "Xəzər dənizində sərhədyanı olmayan ölkələrin silahlı qüvvələrinin iştirak etməməsi belə maddələrdən biridir. Ümumilikdə, sənəd Xəzər dənizinin sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonası olduğunu bildirir. Xəzər dənizi ölkələrimizi imkanlarını genişləndirərək birləşdirən, milli iqtisadiyyatı inkişafı etdirmək üçün optimal şərait yaradan körpüdür və belə də qalmalıdır".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA