"Müsavat Partiyasının başqanı bu gün xəstəxanadan çıxacaq" - Partiyadan qurultay açıqlaması

img

01-08-2018 [12:58]


Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün xəstəxanadan çıxacaq.

Bu barədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının  rəhbəri Gülağa Aslanlı  Modern.az saytına məlubat verib. O bildirib ki,  hazırda Arif Hacılının vəziyyəti tam normaldır: "Onun böyrəklərində daşlar var idi, həmin daşlar lazer yolu ilə xırdalanıb və orqanizmi təmizlənib”.

G.Aslanlı həmçinin Müsavat Partiyasının  bu il keçiriləcək qurultayından da söz açıb:

"Müsavat Partiyasının  qurultayı ilə bağlı bildiyiniz kimi, təşkilat komitəsi yaradıldı. İndi  nizamnaməyə uyğun olaraq rayon təşkilatlarında  konfranslar keçirilməlidir. Havaların isti olması ilə əlaqədar  bu işlər ləngiyir. Yəqin ki, əsas sürət sentyabr ayından başlayacaq”.

Müsahibimiz "Arif Hacılı yenidən başqanlığa namizədliyini verəcəkmi” sualını belə cavablandırıb:

"Bunun nizamnamə mərhələsi mövcuddur. Ona uyğun olaraq  namizədlərin irəli sürülməsi başlanan zaman Arif Hacılının da yenidən başqanlığa namizədliyini verib-verməyəcəyi  bəlli olacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA