“Prinsipial razılıq əldə olunub ki,..." - Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

img

31-07-2018 [14:40]


BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub.

Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın nazirlər arasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, həmin görüşdən əvvəl də görüş keçirilməsi məsələsi var: "Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır. O ki qaldı Tiqran Balayanın dediyinə, onun yəqin bu məsələlərdən xəbəri yoxdur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA