13-07-2018 [14:47]
İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib.
Mia.az xəbər verir ki, iclasda çıxış edən Prezident İlham ƏLİYEV dedi:
-İyulun 3-də və iyulun 10-da Gəncə şəhərində törədilmiş qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdir. Bu terror aktları nəticəsində iki polis əməkdaşı həlak oldu. Yaralanan vətəndaşlarımız da var, onlardan biri də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısıdır. Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara Allah şəfa versin.
Bu cinayətləri törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilmişdir. Bu terror aktları dini şüarlar altında törədilmişdir. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Bildiyiniz kimi, ötən il Azərbaycanda "İslam Həmrəyliyi İli” elan olunmuşdur, İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Bir neçə il əvvəl Bakı şəhəri bu şərəfli ada layiq görülmüşdür. Müsəlman ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini sahədə görülən işlərə ən yüksək qiymət verir. Azərbaycan dövlətinin xətti və dəstəyi ilə dövlət vəsaiti hesabına bizim tarixi-dini abidələrimiz tam bərpa olunub, yenidən qurulub, yeni məscidlər tikilib. Yəni, bir daha demək istəyirəm ki, bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər. Bu cinayətkarlar müsəlman deyillər və bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək. Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənali olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi.
Azərbaycan dövləti isə öz üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib, əməliyyat-axtarış işləri davam etdirilir. Bu cinayətlərdə əli olan bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub, əminəm ki, biz buna nail olacağıq.
Bizim müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilmişdir, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd. Onların biri də baş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz.
Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq.
Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir. Dünya miqyasında Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayıb yaradır, qurur. Azərbaycan xalqının rahat yaşaması üçün biz əlimizdən gələni edirik. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən müasir dövlətdir. Gündən-günə bizim gücümüz artır, gündən-günə bizim potensialımız güclənir - həm siyasi sahədə, diplomatik sahədə, iqtisadi sahədə, hərbi quruculuq sahəsində, döyüş meydanlarında, idman meydançalarında, sosial sahədə. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə olmamışdır. Ona görə, əlbəttə ki, bizim uğurlarımıza kölgə salmaq, siyasətimizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Bizə qarşı çirkin kampaniyalar aparılır, qarayaxma, şər-böhtan kampaniyaları. Yalan, iftira üzərində qurulmuş bu kampaniyaların heç bir səmərəsi olmur. Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır. Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Bu il keçirilmiş prezident seçkiləri bunu bir daha bütün dünyaya əyani şəkildə sübut etdi.
Bizə qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparılır. Bunun da heç bir səmərəsi olmur. Özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır. Bunun da nə ölkə daxilində, nə də ki, xaricdə heç bir təsiri olmadı. Bizim xarici əlaqələrimiz genişlənir. NATO-nun bu günlərdə keçirilmiş Zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu bir daha sübut etdi. Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir.
Yəni, bu cəhdlər əbəsdir. Bizim siyasətimizə, bizim iradəmizə şər qüvvələr heç cür təsir edə bilmir. Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir. Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var.
Cinayətlərdən sonra aparılan əməliyyat-axtarış tədbirləri onu göstərir ki, cinayətkarların bir hissəsi artıq saxlanılıbdır. Operativ əməliyyat-axtarış tədbirləri davam etdiriləcək. Tam əminliklə deyə bilərəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək.
Azərbaycan xalqı isə tam əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək. Biz bundan sonra da öz siyasətimizi aparacağıq, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik.
x x x
Sonra hüquq-mühafizə orqanlarının rəhbərləri törədilən cinayətlərlə bağlı həyata keçirilən əməliyyat-axtarış tədbirləri və atılacaq addımlar barədə dövlətimizin başçısına məruzə etdilər.
Türkiyə İrana "Akıncı" PUA-sı və "Cougar" göndərdi
Okan Buruk: "Fənərbağça"nın itirəcəyi heç nə yox idi"
"İranın xahişi əsasında sürətli peyk xəritəçəkmə xidmətimizi aktivləşdirdik" - Aİ-dən ard-arda açıqlamalar
RƏİSİNİ MÜŞAİYƏT EDƏN HELİKOPTERLƏR GERİ DÖNƏRƏK 20 DƏQİQƏ ONU AXTARIB: "Prezidentlə olan iki nəfərlə..."
Rusiya XİN-dən Tehrana ismarıc: "Qəzanın səbəblərinin araşdırılmasına kömək etməyə hazırıq"
Arda Gülərin atdığı qollar "Real Madrid"in karına gəlmədi - 8 qolluq matçda norveçli 4 qol vurub
"Arsenal"ın qələbəsi yetmədi, "Mançester Siti" çempion oldu - Klopp azarkeşlərlə vidalaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəzzada savaş: daha 70 nəfər həlak olub
ABŞ: "İran prezidenti ilə bağlı prosesi diqqətlə izləyirik"
İran prezidenti və XİN başçısının olduğu müəmmalı helikopter qəzası: Rəisi ilə XİN başçısının yeri müəyyənləşib?(Yenilənib)
Türkiyə XİN: "Rəisinin axtarışına hər cür dəstəyə hazırıq"
Yevlaxda ər arvadını öldürüb
"Fənərbağça" "Qalatasaray"ı evində "yıxdı"
1918-ci ildə qurulan Azərbaycan...
Rəsmi Bakıdan Rəisinin qəzaya düşməsi ilə bağlı daha bir mesaj: "Bütün lazımi dəstəyi verməyə hazırıq"
Prezident İlham Əliyevdən İbrahim Rəisinin qəzaya düşməsi xəbərinə reaksiya: "Xəbər bizi ciddi şəkildə narahat etdi"
İLHAM ƏLİYEVLƏ RƏİSİ SƏRHƏDDƏ BİR ARAYA GƏLDİ: "Heç kim bizim aramıza girə bilməz" - Hidroqovşaqların açılışı oldu (FOTOLAR) -Yenilənir
Latviya Parlamentinin sədri Azərbaycanda belə qarşılandı - FOTOLAR
DİN-dən xaricə oxumağa getmək istəyənlər xəbərdarlıq: "Mütləq..."
Zakir Həsənov daha bir idarə rəisini vəzifədən azad edib
Müsavat Partiyasının Qadınlar Təşkilatının sədri istefa verdi - Gülağa Aslanlı isə "Xəbərimiz yoxdur" deyir
Mehdi niyə həbsi seçdi?
Hikmət Hacıyev: "ABŞ Sülh İnstitutuna təşəkkür edirik”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ukrayna boksunun azərbaycanlı ulduzu: Camal Quliyev 5 qat ölkə çempionu oldu - VİDEO
İsa Qəmbərin 6 müavini bəlli oldu - Arif Hacılı Məclisin sədri, 13 nəfər isə Divan üzvü seçildi (SİYAHI)
Prezident və birinci xanım Zəngilan və Cəbrayılda - “Ağalı” hotelinin açılışı oldu, yeni kənd və qəsəbələrin təməli qoyuldu (Yenilənib)
Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilib - FOTOLAR
GENERAL KOMANDAN OLDU - MN-də yeni təyinat (FOTO)
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam edir - FOTOLAR
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb
Dövlət Agentliyində israfçılıq: iki mərtəbəli binanın təmirinə 607 min manat xərclənəcək
YAP funksionerindən 25 partiya lideri ilə görüş haqda açıqlama: "Onlar dialoqun fəal iştirakçılarıdır"
İlham Əliyevlə Lukaşenko Füzuli və Şuşada: yeni işlərlə tanış olublar - FOTOLAR (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrailin daha bir hərbçisi həlak olub
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb: "Ceyk Sallivan ilə çox məzmunlu görüş baş tutdu və..."
Putin Çinə yolüstü mühüm mesajlar verdi: "Ukrayna ilə arada təhlükəsiz zonası yaradacağıq" - "ABŞ axmaqdır"
Belarus Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTOLAR
Vaqif Səmədoğlu 85 illik yubileyinə həsr edilmiş müsabiqə: finalçılar bəlli olub - SİYAHI
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak etdi - FOTOLAR
Aparıcı Samirə Mustafayeva AzTV-dən ayrılıb - Açıqlama
SƏNƏDSİZ EVLƏRƏ "KUPÇA" VERİLƏCƏK - Detallar
Təşkilat sədri saxlanılıb - Xalası oğlunun şikayəti əsasında
Buraxılış imtahanının nəticələri açıqlandı - 16 nəfər maksimal bal toplayıb (SİYAHI)
Sergen Yalçın "Beşiktaş"a 3 şərt qoydu: "9 oyunçu getməli və..."