Azərbaycan müğənnisi milyonluq mazın aldı

img

28-09-2011 [11:56]


Müğənni Cavanşir Məmmədov "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobil alıb. Azərbaycanın populyar müğənnisi Cavanşir Məmmədov öz stili ilə tanınan ifaçılardandır. Bundan başqa, o, avtomobillərə, xüsusilə də lüks maşınlara olan sevgisi ilə tanınır. Onun aldığı son maşın da bu sevgiyə dəlalət edir. Müğənninin "Facebook" səhifəsində bildirilir ki, Cavanşir Məmmədov "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobil alıb. Bu markanın 6,7 litr həcmli, 453 at gücünə malik mühərriklə təchiz edilmiş sözügedən modelinin minimal, baza komplektasiyada qiyməti 550 min dollardır. Müğənni Cavanşir Məmmədov açıqlamasında "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobil almasını təsdiqlədi. Müğənni maşını 5 ay əvvəl 960 000 avroya aldığını bildirdi. Onun sözlərinə görə, bununla da maşın kolleksiyasında olan avtomobillərinin sayını 50-yə çatdırıb. Müğənni əlavə etdi ki, yeni maşını ilə bağlı mətbuata danışmaqla şou-biznesdəki müğənnilər kimi özünü reklam etmək məqsədi güdmür: "Aldığım maşın dünya miqyasında ən bahalı 2-3 maşından biridir. Bu maşının puluna 3-4 ədəd "Bentley" almaq olar. Bəzi müğənnilər maşınları, telefonları ilə özlərini reklam edirlər. Amma mənim belə işlərlə aram yoxdur. Mənim fikrimcə, yaxşı oxumaq lazımdır. Yaxşı oxu, istəyirsən, lap "Zaporojets" sür". "1988-ci ildə Almaniyadan "Mercedes" gətirmişdim. O vaxt "Mercedes" Azərbaycanda yalnız İran səfirində vardı. Amma mən mitinqlər başlayan zaman "Mercedes"i sürməyə utandım, sonra isə satdım. Bunu deməklə onu göstərmək istəyirəm ki, maşınla özümü reklam etmirəm, əksinə, Azərbaycan mədəniyyətini təmsil edirəm. Qoy görsünlər ki, Azərbaycanda necə müğənnilər var", - C.Məmmədov dedi. /milli.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA