Azəri qızı Güneli toyu olacaq

img

26-09-2011 [11:39]


Populyar müğənni Azəri Günel subaylığın daşını atmağa hazırlaşır. Xəzər TV-nin "Starlife" verilişinə açıqlamasında o, bir müddət əvvəl nişanlandığını xatırladıb: "Nişan yalnız ailə üzvlərimizin iştirakı ilə olub. Lakin qarşıda qonaqları yığaraq, təntənəli mərasim düzənləməyi düşünürük. Bu, 11.11.11 tarixində ola bilər. Bu tarixi uğurlu tarix sayıram. İşimiz çoxdur. Ona görə də toy gələn il olacaq. Yay gəlini olmaq istəyirəm". Bəzilərinin onu özündənrazı saymasını anlamayan Günel deyib: "Bunu bəzən türk sözləri işlətdiyim üçün düşünürlərsə, bu sözlərdən istifadə etməyim təbiidir. Başqa müğənnilər cəmi 1 həftə Türkiyədə qaldıqdan sonra türk dilində danışmağa başlayırlar. Onlar haqda nə deyək? Mənsə daim orada yaşayır, Azərbaycana nadir hallarda gəlirəm. Evdə biz Azərbaycan dilində danışırıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA