Gülüm həmkarlarını zövqsüz adlandırdı

img

09-11-2011 [04:25]


[b]O, Nazənin, Nüşabə Ələsgərova, Könül Kərimova və elit-star Cəmiləni hədəf seçdi [/b] 6 il öncə, şou-biznesə qatılmaq istəyilə klipmeyker Zöhrab Ağayevə bəstəkar Dilarə Qulamovanın "İki qəlb" mahnısına klip çəkdirən gənc müğənni Gülümün "ayağı ilk addımdan daşa dəyib". Bunun səbəbini o, belə açıqladı: "Klip razılaşdırılmış ssenari ilə çəkilsə də, onu təhvil alanda çox narazı qaldım. Çünki montaj zamanı bir çox kadrlar kəsilmişdi. Lazımi məbləği - 2 min dolları artıq ödədiyimdən, klipi məcburən qəbul etdim. Klipim "Xəzər" telekanalında 2 ay nümayiş olunsa da, "Lider" telekanalı onu qəbul etmədi. Dedilər, çox zəifdir, qeyri-peşəkar çəkilib. Klipdə heç sinxronluq da yox idi. Zöhrab klipdəki geyimlərimi öz öhdəsinə götürsə də, onları tikən modelyer Şəlalə xanım sonra üstünmə gəlib öz haqqını tələb etdi. Çünki Zöhrab ona pul ödəməmişdi. Oxşar paltarlar Aygün Kazımovanın və Xatunun klipində də istifadə edilib. Yeri gəlmişkən, Zöhrabın hər üçümüzə çəkdiyi kliplər də bir-birinə oxşayır. Eyni paltarlar, eyni dekorasiya və eyni rekvizitlər... Zöhrab Pişik Günelə klip çəkəndə də oxşar paltar problemi yaranmışdı, çünki onun geyimini aparıb Natəvan Həbibiyə vermişdi. Bu kimi yalanlarına görə araları da dəydi. Zöhraba dəfələrlə zəng etmişəm ki, klipi yenidən montaj etsin, amma məndən qaçıb. "Günəbaxan"da utanmadan mənə böhtan atdı ki, guya ona yenidən klip sifariş etmək istəmişəm. Yalandır. Bir klipi düzəltdi, qaldı ikincisi?! O, özünü tanınmışlara pulsuz kliplər çəkməklə tanıdıb. Aygün Kazımovaya, Elnura, Natəvana pulsuz kliplər çəkib. Amma kliplərinin beşi birinə dəyməz. Lalə Məmmədovaya, Nazəninə mənasız kliplər çəkib. Onun çəkdiyi klipdən sonra həvəsdən düşdüm. Amma artıq bunun fikrini etməyəcəyəm. Qoy, gedib hoppansın. Bundan sonra əsl peşəkarlarla işləyəcəyəm". Qarşıda sürprizlərinin olacağını deyən Gülüm xanım "menyu"sunda soyunmağın olmayacağını da vurğuladı: "Gərək, mentalitetimizə uyğun hərəkət edək. Nədənsə, bizdə zövqü soyunmaqda, yəni açıq-saçıq geyimlərdə görürlər. Halbuki qapalı, amma daha zövqlü geyinmək olar. Düzdür, Nazənin, Nüşabə Ələsgərova, Könül Kərimova kimi müğənnilər istənilən halda çox zövqsüz geyinirlər. Elit-star Cəmilə isə bu sahədə hamıdan öndədir. Bilmir, necə gündəmdə qalsın. Yaraşdı, yaraşmadı, hər şeyə əl atır. Elə geyinir, sanki 18 yaşındadır. İnternetdə biabırçı şəkilləri var. Yaşından, oğlanlarından da utanmır. Özü də nənədir. Makiyajı pis gündə, mini yubka, hər yeri də silikon... Heç olmasa, normal əməliyyat etsin. Ya da Zeynəb Xanlarovadan örnək götürsün. O, bu yaşında da çox gözəldir. Heç bir əməliyyat da eləməyib". Gülüm sözləri və musiqisi Arzu Abbasovaya məxsus "Həsrətli baxışlar" adlı mahnıya klip çəkdirməyi planlaşdırdığını da dedi. Təbii ki, Zöhrab Ağayevə yox! -

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA