Bakıda "Eurovision" müsabiqəsi üçün alternativ konsert kompleksi tikilir

img

06-09-2011 [04:13]


Bakıda "Eurovision" mahnı müsabiqəsi üçün alternativ konsert kompleksinin - Milli Bayraq Meydanın yaxınlığında "Bakı Büllur Zalı"nın tikintisinə başlanılıb. Bu barədə "Eurovision" müsabiqəsinin rəsmi saytında məlumat verilib. Almaniyanın "ALPINE Bau Deutschland AG" şirkəti tərəfindən inşa olunacaq arenanın tutumu 25 min nəfər olacaq."ALPINE Bau Deutschland AG"nin layihə üzrə partnyorları "gmp International GmbH", İsveçrə şirkətləri olan "Nüssli AG" və ?Basler & Hofmann AG?, eləcə də Avstriya şirkəti ?GmbH & Co. KG" və Münhendən ?SSF Ingenieure AG?dir. ?Bakı Büllur Zalı? layihəsinin partnyoru olan ?Nüssli AG? şirkəti Almaniyada keçirilmiş "Eurovision-2011"-in səhnəsini qurmuşdu. ALPINE müasir idman obyektlərinin tikintisində geniş təcrübəyə sahibidir. Bu sıraya Polşada keçiriləcək futbol üzrə Avropa çempionatı üçün tikilməkdə olan üç futbol stadionu, Münhendəki Allianz Arena, Avstriyada futbol üzrə Avro-2008 üçün üç sayda stadionun genişləndirmə və yenidən qurma işləri, eləcə də Dubaydakı beynəlxalq kriket stadionu daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA