Safura Əlizadə və Sevda Yahyayeva xeyriyyə kampaniyasına qozuldu

img

25-08-2011 [06:28]


?Məlahətli ana? Uşaqlara Yardım İctimai Birliyi sentyabrın 1-də Heydər Əliyev Sarayında ?Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!? devizi ilə xeyriyyə konserti təşkil edir. Bununla əlaqədar olaraq tədbir təşkilatçıları bu gün mətbuat konfransı keçirib. Tədbirə konsertdə çıxış edəcək müğənni Sevda Yahyayeva və konsertin aparıcılarından olan müğənni Safura Əlizadə qatılıb. Tədbirdə çıxış edən cəmiyyətin rəhbəri Natiq Əhmədov çıxışında Təhsil Nazirliyi tərəfindən şagirdlərin vahid formaya keçidi haqda qərarından danışıb: ?Nəzərə alsaq ki, bir formanın qiyməti 40-55 manat arası dəyişir və forma ilə yanaşı, məktəblilərə aləvə ləvazimatlar almağa ehtiyac duyulur, amma bir çox ailə üçün bunun hamısını təmin etmək çox çətindir. Hazırda ?Məlahətli ana? İctimai Birliyi öz daxili imkanları hesabına minlərlə məktəbli çantası alıb. Xeyriyyə konserti təşkil edərək bizlər ictimaiyyəti və ölkəmizin xeyirxah insanlarını bu problemin həllinə yardımçı olmağa çağırırıq?. Bundan sonra ictimai birliyin fəaliyyətini, gördüyü işləri əks etdirən video çarx tədbir iştrakçılarına nümayiş olundu. Tədbirdə çıxış edən müğənni Sevda Yayhyayeva bu kampaniyaya yalnız öz səsi ilə deyil həm də 10 imkansız şagird üçün məktəbli forması alacağını bildirdi. Safura Əlizadə isə ifası ilə yanaşı xeyriyyə konsertinin aparıcısı və yaxın çevrəsini bu kampaniyaya cəlb edəcəyini bildirdi. Tədbirə qatılan idmançılardan biri 5 qat dünya çempionu Nail Əsgəroğlu qeyd etdi ki, turizm neftdən sonra Azərbaycan dövləti üçün ikinci prioritetdir: ?Necə ki müğənnilər eləcə də, biz idmançılar xaricdə ölkəmizin bayrağını qaldırır və Azərbaycanımızı tanıdırıq. Gərək dövlətimizə dəstək olaq ki, ölkəmizə gələn xarici vətəndaşlar xalqımız haqqında yüksək fikirdə olsun. Küçə uşaqları və ya təhsilsiz insanlar görməsinlər. ? Tədbirdə çıxış edən ?Ümüd yeri? Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimli ?Məlahətli ana? UYİB-yi ilə əməkdaşlıqlarından danışdı: ?Məlahətli ana? UYİB 1 yaşını bizim uşaq sığınacağında qeyd etdi. Bizim sığınacaqda olan 30-dan çox uşağın sünnət toyunu təşkil elədi. Biz və uşaqlar bu xeyriyyə tədbirindən çox məmnun qaldıq. Qərara aldıq ki, əməkdaşlığı bundan sonra da davam etdirək. Tədbirin sonunda İB-in sədri Natiq Əhmədov KİV nümayəndələrini və həmçinin tədbir iştirakçılarını 1 sentyabr saat 10:00-da Fəxri Xiyabana dəvət etdi: ?Biz bu tədbirimizi keçirəcəyimiz üçün necə ki, cənab prezident İlham Əliyevə, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya borcluyuq eləcə də Azərbaycan dövləti var olduğu üçün Ümummilli liderimiz Heydər Əliyevə və şəhidlərimizə borcluyuq. Həmin gün Ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edəcəyik.? Qeyd edək ki, konsertdə Azərbaycanın tanınmış incəsənət xadimləri ? Nisə Qasımova, Aygün Bəylər, Elariz Məmmədoğlu, Safura Əlizadə, Aybəniz Haşımova, Səyyad Əlizadə, Sevda Yəhyayeva, Zamiq Hüseynov, Aynişan Quliyeva, Elçin Şirin, Aygün Şükürova, Məleykə Əsədova, Nurlan Əzizbəyli, İlqar Muradov, İzzət Bağırov, Mətanət İsgəndərli, Nadir Bayramlı, Nüşabə Ələsgərli, N-brothers, Aşıq Samirə, Emin Bədəlov, Elnur Məmmədov, Əkbər, Nura, Miri Yusif, Könül Kərimova, Kristal qrupu, ?Maori? rəqs qrupu, Göyçək Fatimə, yumorist Fərda Xudaverdiyev, ?Bülbüllər? ansamblı, 2 nömrəli uşaq evinin rəqs ansamblı və ?Noğullar? rəqs ansamblı çıxış edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA