Abdulhey "Kurtlar Vadisi Pusu"dan ayrılır

img

02-09-2011 [11:31]


Türkiyədə, Azərbaycanda və bir çox Yaxın Şərq ölkələrində pərəstişkarların həsrətlə gözlədiyi "Kurtlar Vadisi Pusu" serialının nümayişi yaxın günlərdə başlayacaq. Yeni mövsümdə "TNT" kanalına transfer olunan və "Kurtlar Vadisi Aksion" adıyla yayımına davam edən filmin artıq bu kanalda anonsları təqdim olunur. Serialın tarixi və yeni mövsümdə cərəyan edəcək hadisələr barədə məlumat verilməsə də yeni anonsda filmdə roluna davam edəcək aktyorların siyahısı göstərilir. Anonslardan birində isə Polad Alemdar yeni siması ilə "TNT" tamaşaçılarını salamlayaraq onların bayramını təbrik edir. Qeyd edək ki, keçən mövsümün son seriyasında öldürülərək filmdən ayrılan aktyorlarla yanaşı, Polad Alemdarın və xüsusi xidmətin adamı olan Abdulhey Çobana yeni anonsda yer verilməyib. Filmin rəsmi internet saytı isə bu barədə hələlik məlumat verməyib. milli az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA