?Nur? ilahilər qrupu Gürcüstanda tədbirə qatılıb

img

19-07-2011 [01:59]


12 İmam Hz. Məhdinin (ə.f) mübarək mövludu münasibəti ilə Gürcüstanın Marneuli şəhərində tədbir keçrilib. Tədbirə xeyli sayda inanclı insan qatılmışdır. Azərbaycanda tanınmış ilahi mahnıların ifaçısı olan ?Nur? ilahilər qrupu bu tədbirə dəvət alıb. İlk öncə məclisin aparıcısı "Əhli- Beyt (ə)" adına cəmiyyətdə müəllim olan Elçin Daşdanov başda Peyğəmbərə (s), 14 məsuma (ə), dünya müsəlmanlarına təbrikini bildirib. Daha sonra məclis ?Nur? ilahilər qrupunun üzvü Hacı Əlizamanın Quran tilavəti ilə açıq elan olunmuşdur. Sonra tanınmış ruhani, şair və "Əhli- beyt " jurnalının redaktoru Hacı Rizvan İsmayılzadə öz növbəsində təbriklərini çatdırıb. Qısa da olsa İmam Zaman (ə.f) şəxsiyyəti haqqında söhbət açmışdır. Natiq, İmamın 4- cü naibinə yazdığı məktubu xatırladaraq müsəlmanların İmamın qeybdə olduğu dövrdə müsəlmanların dövrün müctəhidlərinə itaət etmələri zərurətini çatdırıb. Söhbətinin sonunda dünya müsəlmanların zülmdən xilas olmasını, həmçinin Azərbaycanda hicab məhbuslarının azadlığını uca Allahadan diləmiş, həmçinin İmama həsr etdiyi yeni şerini oxumuşdur. Daha sonra "Nur" ilahilər qrupu öz gözəl sururları ilə məclisə rəng qatırdı. Qrupun rəhbəri Rahim Dərvişin məlumatına görə tədbir çox yüksək səviyyədə təşkil edilmişdir. ?Gürcüstanda keçirilən bu mərasim həqiqətən çox gözəl keçdi. Biz də çalışdıq ki, ?NUR? qrupu olaraq burada ölkəmizi təmsil edək. Burada yaşayan soydaşlarımız üçün ifa edək? Tədbirdə həmçinin digər tanınmış ruhanilər də çıxış etmişdir. Seyyid Mirhuseyn söhbətində Gürcüstanda gedən dini proseslərə toxunaraq müsəlmanları haqq ilə batili seçməyə çağırdı. İmam Əli (ə) məscidinin axundu Hacı Hacıyev öz növbəsində təbrikini çatdırıb, məclis əhlinə İmam Zamanın (ə.f) müntızirlərnin (gözləyənlərinin) xüsusiyyətlərini sayıb. Sonda isə birlikdə "Fərəc" duası oxunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA