Səbailli yeniyetmələr Qubaya istirahətə göndərildi

img

01-08-2011 [02:07]


Səbail rayon İcra Hakimiyyəti tərəfindən yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili istiqamətində cari ildə bir sıra tədbirlər hazırlanıb həyata keçirilb. Məktəblilərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili ilə bağlı avqust ayının 1-də Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü, Quba rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və ?Çağ? Öyrətim Şirkətinin birgə layihəsi əsasında təşkil olunan rayonun Qababağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə fərqlənən şagirdlər, həmçinin ?SOS-Azərbaycan? uşaq kəndində tərbiyə alan, ümumilikdə 200 nəfər yeniyetmə üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının bazasında yaradılmış hərbi-vətənpərvərlik təmayüllü, artıq ənənəvi olan və 6-cı dəfə keçirilən ?Şahinlər? yay istirahət düşərgəsinə yola salınma mərasimi keçirilib. Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanmışdır. Səbail rayon rəhbərliyi, DİN Daxili Qoşunlar Komandanlığının, düşərgəyə yollanan yeniyetmələrin, onların valideynlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə ?Sahil bağı?nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən, bu layihənin həyata keçməsi üçün görülən işlərdən danışmış, uşaqlara şən və yaddaqalan istirahət arzulamışdır. Qeyd olunmuşdur ki, düşərgənin fəaliyyəti Səbail RİH və layihədə iştirak edən təşkilatçıların diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılacaqdır. Qeyd etmək lazımdır ki, Bakıdan gedən uşaqlara Qubadakı düşərgədə rayonun Zərdabi adına Xüsusi İnternat məktəbin şagirdləri də qoşulacaqdır. Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq Səbail RİH tərəfindən bir sıra təşkilati işlər həyata keçirilmiş, bir neçə gün əvvəl istirahətə göndərilən uşaqlar və onların valideynləri, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüş keçirərək düşərgə, burada istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə ətraflı məlumat verilmişdir. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Daxili Qoşunların Quba şəhərindəki ?N? saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları, səhra yeməkxanası qurulmuş, Daxili Qoşunlar, DQ-ın yaranması, vəzifələri və döyüş yolu, buradakı xidmət, döyüş texnikası və təminatı barədə, həmçinin Milli Qəhrəman Mübariz İbrahimova və ?Şahinlər? düşərgəsinin əvvəlki illərinə həsr olunmuş stendlər quraşdırılmışdır. Düşərgə Daxili Qoşunlar Komandanlığı və Bakı Özəl Türk liseyinin Quba filialı tərəfindən tələb olunan bütün ləvazimatlarla təmin olunmuşdur. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə təbiət qoynunda nahar təşkil olunacaqdır. Bu il düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Həmçinin Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup düşərgəyə təhkim olunmuş, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər. Düşərgədə uşaqların istirahətinin daha maraqlı və yaddaqalan edilməsi üçün burada məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə hərbçilər tərəfindən keçiriləcəkdir. Düşərgənin mühafizəsi və burada təhlükəsizlik məsələləri də DQ tərəfindən həyata keçiriləcəkdir. İstirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunacaq, onlar həm də Daxili Qoşunların Qubadakə hərbi hissəsi ilə yaxından tanış olacaqlar. Düşərgədə məktəblilərə vətənimizin, xalqımızın tarixindən, ordu həyatından bəhs edən müxtəlif mövzularda məşğələlər keçirilməsi və hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də təşkil olunması planlaşdırılmışdır. Daxili Qoşunların orkeçtrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşmiş və Qubaya yola düşmüşlər. Yola düşməzdən əvvəl gənc ?Şahinlər? Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzmüşlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA