Aynizan Quliyeva da bayrağımızı tərsinə tutdu

img

21-07-2011 [12:54]


Aynişan Quliyeva Belorusda keçirilən ?Slavyan Bazarı Vitebsk - 2011? festivalında bayrağımızı başı-aşağı tutub. ANS PRESS-in məlumatına görə, gənc müğənni Vətənə qayıtdıqdan sonra mediyaya yaydığı fotolarda Azərbaycan bayrağını tərsinə tutduğunun şahidi oluruq. Aynişan ?Slavyan Bazarı Vitebsk - 2011? festivalda yer tuta bilməsə də, Belarusun Rabitə Birliyi özünün xüsusi ?Simpatiya? mükafatını qazanıb və eyni zamanda festivalın diplomantı olub. Xatırladaq ki,?Slavyan Bazarı Vitebsk - 2011? festivalının ?Qran-pri? mükafatına Belarus təmsilçisi Alena Lanskaya sahiblənib. Qalibə əsas mükafat və 15 min ABŞ dolları təqdim olunub. Festivalda birinci yerə Ukrayna təmsilçisi Vladimir Kvasniç (9 min dollar), ikinci yerə Çexiya təmsilçisi David Deyl və Litva təmsilçisi Ruta (3 min dollar), üçüncü yerə isə Qazaxıstan təmsilçisi Əlişir Kərimov və Moldova təmsilçisi Kristina Skarlat (1500 dollar) layiq görülüblər. ?Slavyan bazarı Vitebsk - 2011?in xüsusi mükafatları isə yüksək ifaçılıq qabiliyyətinə görə, Latviya təmsilçisi Daynis Skutelisə, Rusiya təmsilçiləri Alena Lanskaya və Mari Karneyə təqdim olunub. Festivalın yayımını həyata keçirən ?Mir? Telekompaniyasının mükafatına (2 min dollar) isə Gürcüstan təmsilçisi Zviadu Abaşidzeyə layiq görüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA