Serj Sarqsyan koronavirusa yoluxub

img

28-01-2021 [14:29]


Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan koronavirusa yoluxub.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, o, yanvarın 17-dən karantindədir. Virusa yolxuduğu üçün Serj Sarqsyan bütün görüşləri təxirə salıb və yanvarın 28-də hərbçilərin qəbiristanlığına getməyib.

Xatırladaq ki, Serj Sarqsyanın həyat yoldaşı Rita Sarqsyan noyabrın 20-də 58 yaşında koronavirusdan ölüb. Rita Sarqsyan koronavirusa yoluxmuşdu. O, noyabrn 16-da Yerevandakı klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. R.Sarqsyanı daha sonra ağır vəziyyətdə Almaniyaya aparmışdılar. Serj və Rita 1983-cü ildə evləniblər. Onların iki qızı, 5 nəvəsi var./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA